Daha bir Şəhidimizin qız övladı dünyaya gəldi - ADI CƏNNƏT - FOTO

17:54 20.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin qız övladı dünyaya gəlib.

Hafta.az-ın məlumatına görə, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Feysbuk hesabında yazıb. Şəhidimizin yeni dünyaya gələn qız övladına Cənnət adı verilib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin bundan əvvəl 3 övladı var idi.